AzTU-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

18/11/2019

Noyabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri olan Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. İştirakçılar əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Bakı Dövlət Universitetinin keçdiyi tarixi yoldan söz açıb. Bildirib ki, BDU Azərbaycanda təhsilin və elmin inkişafına misilsiz xidmətlər göstərməklə yanaşı, ölkənin ictimai-siyasi həyatında da mühüm rol oynayıb. Böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirən bu ali təhsil ocağının ən böyük məzunu ulu öndər Heydər Əliyev olub. Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetinin rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, bu təhsil ocağını Azərbaycan xalqının sərvəti adlandırıb.
Vilayət Vəliyev Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və inkişafında, ölkədə maarifçiliyin, elmin tərəqqisində, milli ideologiyanın formalaşmasında Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu qeyd edib. O, özünün də BDU-nun məzunu olduğunu xatırladaraq deyib ki, hazırda AzTU-nun professor-müəllim heyətinin 163 nəfəri məhz Bakı Dövlət Universitetinin məzunudur.

Rektor BDU-nun inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi vurğulayıb. AzTU ilə BDU arasında gələcək əməkdaşlığın genişləndirilməsi üçün müəyyən işlər görüləcəyini qeyd edib.

Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən bəhs edərək, bu ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini bildirib. BDU-nun keçdiyi 100 illik şərəfli yoldan danışan Elçin Babayev vurğulayıb ki, universitetin 100 illik yubileyinin Parisdə keçirilməsi Azərbaycan təhsilinə və elminə verilən böyük diqqətdir. Rektor Bakı Dövlət Universiteti ilə AzTU arasında əməkdaşlığın yeni mərhələsinin əsasının qoyulduğunu da diqqətə çatdırıb.

Daha sonra BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və AzTU-nun Kimya kafedrasının müdiri Elman Məmmədov Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.

Mərasimdə AzTU-da çalışan və BDU-nun məzunu olmuş 163 professor-müəllim heyəti adından Bakı Dövlət Universitetinə xatirə hədiyyəsi təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib.

Xəbərlər

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”

BDU-da elmi seminar: ”Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması”
19/04/2024

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir

BDU tələbələri arasında “Ekologiya hüququ” adlı məqalə müsabiqəsi elan edilir
19/04/2024

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib

BDU-da “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsinə start verilib
19/04/2024