“BAİ-100: ekzoplanetləri adlandır” qlobal layihəsində səsvermə davam edir
30/10/2019
Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illiyi münasibətilə elan edilən “BAİ-100: ekzoplanetləri adlandır” qlobal layihəsinin ikinci mərhələsi davam edir.
Ekzoplanetlərin və ulduzların adlandırılmasına imkan verən layihədə iştirak edənlər arasında Bakı Dövlət Universiteti də var.
Ekzoplanetin və ətrafındakı ulduzun adının 100 yaşlı BDU ilə əlaqələndirilməsi üçün http://iau.shao.az/nameexoworlds/?page=vote linkinə daxil olaraq səs vermək mümkündür.
Səsvermə noyabrın 5-nə kimi davam edəcək. Ən çox səs toplamış 3 ad BAİ-yə göndəriləcək və son seçim bu qurum tərəfindən aparılacaq. Dünya üzrə nəticələr isə dekabr ayında elan olunacaq.
Qeyd edirik ki, bir IPdən yalnız 1 dəfə səs vermək mümkündür.
Xəbərlər
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
