Baba Vəziroğlu BDU tələbələri ilə görüşüb

27/12/2021

Bakı Dövlət Universitetinin Kimya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə Nizami Gəncəvi ilinə həsr olunmuş “Söz adamları ilə görüş” layihəsinin növbəti görüşü keçirilib. Görüşün qonağı Əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli nasir, şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlu olub. Tədbirdə TGT üzvü Cahan İsmayılova şairin həyat və yaradıcılığı haqqında məlumat verib.  
Görüşdən məmnunluğunu bildirən Baba Vəziroğlu “Cənab Ali Baş komandan” və “Xatirə” şeirlərini tələbələr üçün səsləndirib, yaradıcılığı ilə bağlı xoş xatirələrini bölüşüb.
Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov nəğməkar şair Baba Vəziroğlunun yaradıcılığının Azərbaycan poeziyası üçün əhəmiyyətindən danışıb.
Kimya fakültəsinin II kurs tələbəsi Zəkiyyə Məmmədova şairin “Gəl unut görüm” şeirini səsləndirib.
B.Vəziroğlu tələbələri maraqlandıran suallar cavablandırıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq”
01/10/2026

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub

BDU alimlərinin 3 layihəsi Azərbaycan Elm Fondunun 2026-cı il üzrə əsas qrant müsabiqəsinin qalibi olub
01/10/2026

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş

BDU-da Vətən müharibəsi qaziləri ilə görüş
01/10/2026