Bakı Dövlət Universitet “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edib

19/04/2018

BDU yubiley ərəfəsində bu ali təhsil ocağının “Yubiley loqosu”nun tərtibatı üzrə müsabiqə elan edib.

Müsabiqənin şərtlərinə əsasən  loqonun dizaynı özündə universitetin 100 illik fəaliyyətinə dair elementləri əks etdirməlidir. Müsabiqəyə indiyə qədər istifadə edilməyən loqotiplər təqdim olunmalıdır. Loqo dizaynlarına müvafiq komissiya tərəfindən baxıldıqdan sonra qalib şəxs 200 manat məbləğində pul ilə mükafatlandırılacaq.

Müsabiqədə fərqlənən digər loqoların müəllifləri universitetin 100 illik yubiley tədbirlərinə dəvət ediləcək və ən yaxşı loqolar yubiley ərəfəsində təşkil ediləcək tədbirlərdə sərgilənəcək.

Layihə təkliflərini 2018-ci ilin 30 sentyabr tarixinədək BDUloqo100@gmail.com elektron poçtuna göndərmək olar.

Əlaqələndirici şəxs: Anzulə Əmirova email:anzule@mail.ru; tel (012) 539 03 64

Mətbuat və informasiya şöbəsi, 19 aprel 2018-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026