Bakı Dövlət Universiteti ali məktəblər üzrə media reytinqdə birinci olub
11/05/2018
“Media Consulting Services” şirkətinin media monitorinq qrupu tərəfindən aparılan araşdırmalara əsasən aprel ayı üzrə ali təhsil müəssisələrinin aktivlik üzrə reytinqi açıqlanıb.
Siyahıya Bakı Dövlət Universiteti başçılıq edib. Belə ki, BDU-nun aprel ayı üzrə aktivliyi 1686 olub.
Bakı Ali Neft Məktəbi ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti isə üçüncü pillədə qərarlaşıb.
Media monitorinq qrupu 10 televiziya, 55 çap və 600 on-line media daxil olmaqla, 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləməklə bu nəticəyə gəlib.
Qeyd edək ki, ali təhsil müəssisələri üzrə media aktivlik mediaya daxil olan məlumatların kəmiyyət, keyfiyyət və məzmun üzrə təhlili nəticəsində hesablanılır.
Mətbuat və informasiya şöbəsi, 11 may 2018-ci il
![]() |
Xəbərlər
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

