Bakı Dövlət Universiteti ali məktəblərin reytinq cədvəlində 114 pillə irəliləyib

15/12/2011

Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) dünyanın ən yaxşı 2000 universitetinin siyahısını açıqlayıb. Azərbaycanın yalnız bir ali məktəbi - Bakı Dövlət Universiteti (BDU) ən yaxşılar arasında yer alıb. BDU cədvəlin keçən ilki 1951-ci pilləsindən 1837-ci sırayadək irəliləyib.

Təhsil naziri Misir Mərdanov Beynəlxalq Akademik Perspektivlər İnstitutunun reytinq cədvəlində Bakı Dövlət Universitetinin 1837-ci yeri tutmasına münasibət bildirib: “Fikrimcə BDU-nun bu yarışda yer almasını irəliyə doğru atılan addımdır. Bu da məni çox sevindirir”.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, rəhbəri olduğu universitetin dünya universitetlərinin reytinq cədvəlində ilk beşyüzlüyə düşməsi üçün ciddi addımlar atılır: “BDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetin beynəlxalq səviyyədə daha yaxından tanınması və onun nüfuzunun qaldırılması üçün ciddi tədbirlərə başlanılıb. Universitet Boloniya təhsil prosesinin tələblərinə çatmağı özü üçün prioritet seçib və bu istiqamətdə tədbirlər gücləndiriləcək”. Rektorun sözlərinə görə, universitetlərin reytinqi müəyyənləşdirilərkən bir çox məqamlarla yanaşı, tələbə yataqxanaları da nəzərə alınır: “Əgər BDU-nun “Tələbə şəhərciyi”ndəki məcburi köçkünlər köçürülsə, tələbələrimiz oraya yerləşsə, bu, bizim reytinq cədvəlində xeyli qabağa çıxmağımıza səbəb olar”.

İnstitutun tərtib etdiyi cədvələ ABŞ-ın “Harvard” universiteti başçılıq edir. Ən yaxşı 2000 universitetdən 413-ü ABŞ-da yerləşir. Siyahıda birinci yerdə “Harvard” universitetidir.

Mətbuat və İnformasiya Şöbəsi, 15 dekabr 2011-ci il

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025