Bakı Dövlət Universiteti beynəlxalq reytinq siyahısında 154 pillə irəliləyib

16/05/2020

Dünya Universitetlərinin Webometrics Reytinq (Webometrics Ranking of World Universities) siyahısını tərtib edən İspaniyanın Milli Tədqiqat Şurasının tərkibindəki Cybermetrics laboratoriyası 2020-ci il üçün dünya universitetlərinin reytinq siyahısına daxil olan universitetlərin adını açıqlayıb. 30000-dək universitetin yer aldığı siyahıda Bakı Dövlət Universiteti 3480-ci yerdə qərarlaşıb. Adıçəkilən Beynəlxalq Agentliyin ötən ilki reytinq cədvəli ilə müqayisədə Bakı Dövlət Universiteti 154 pillə irəliləyib. Həmçinin Azərbaycandan bu siyahıya daxil edilən 46 təhsil müəsisəsi arasında ilk sırada yer alıb.

Beynəlxalq təşkilat 2004-cü ildən başlayaraq dünyanın 200 ölkəsindən 30000-dək ali təhsil müəssisəsini əhatə edən  Dünya Universitetlərinin Webometrics reytinq siyahısını tərtib edir. Agentlik seçimlərdə əsasən, tədris, tədqiqat fəaliyyəti, akademik reputasiya, universitetdə məşhur professorların və Nobel mükafatı laureatlarının sayı, istinadların sayı, universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik, işəgötürənlərin rəyi və məzunların karyera potensialı, məzunların işlə təmin edilməsi kimi meyarlara diqqət verir.

Beynəlxalq agentliyin reytinq siyahısı haqqında daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz: http://www.webometrics.info/en


 

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026