Bakı Dövlət Universiteti birinci yerə çıxıb

05/08/2014

Media Consulting and Service-in media monitorinq qrupu 01-30 iyul 2014-cü il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu televiziya, çap və on-line media daxil olmaqla 160-dan çox mənbəni izləyir.

Universitetlər arasında informasiya yayımına görə Bakı Dövlət Universiteti birinci yerə çıxıb. Növbəti yerləri Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dillər Universiteti tutub.

Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, siğorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və s. sahələrin media monitorinqini aparır.

Mətbuat və İnformasiya şöbəsi, 05 avqust 2014-cu il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026