Bakı Dövlət Universiteti gəncləri Beynəlxalq Tələbə Gününü qeyd ediblər

17/11/2015

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin 300 nəfərdən artıq tələbə və magistrantlarının iştirakı ilə 17 noyabr – Beynəlxalq Tələbə Gününə həsr olunmuş tədbir keçrilib.

Tədbiri giriş sözü ilə açan BDU THİK-nin sədri Daşqın Qənbərov ilk olaraq beynəlxalq tələbə gününün yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib və ümumilikdə tələbə gənclərin ölkələrin ictimai-siyasi həyatındakı rolundan geniş bəhs edib. O, Azərbaycanda gənclərə, xüsusən də tələbələrə göstərilən diqqətdən, yaradılan şəraitdən söz açıb. Sədr prezident İlham Əliyevin tələbə və doktorantlara verilən təqaüdlərinin məbləğinin artırılması və verilmə qaydasının dəyişdirilməsi ilə bağlı 10 noyabr 2015-ci il tarixli sərəncamını da bu qəbildən olan mühüm sənəd kimi dəyərləndirib.

Sonra çıxış edən Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi THT-nin sədri Aytac Talıblı universitetdə mövcud tələbə həyatı və yaradılan şərait bərədə geniş məruzə ilə çıxış edib və tələbə həyatı, ümumilikdə tələbələr ilə bağlı müəyyən təkliflər irəli sürüb.

Sonda tədbir müzakirələrlə davam edib, tələbələrin təklifləri dinlənilib.

Mətbuat və informasiya şöbəsi, 17 noyabr 2015-ci il.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025