Bakı Dövlət Universiteti "QS Biznes Magistr Proqramları Reytinqi"nə daxil olub

17/09/2025

Bakı Dövlət Universiteti (BDU) yeni beynəlxalq uğur əldə edərək, ilk dəfə dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən dərc olunan “QS Biznes Magistr Proqramları Reytinqi 2026: Menecment üzrə Magistratura” siyahısına daxil olub.

QS-in açıqladığı nəticələrə görə, BDU-nun menecment üzrə magistratura proqramı qlobal miqyasda 201+ pillədə qərarlaşıb və Universitet reytinqə “Yeni İştirakçı” ("New Entrant") statusu ilə daxil olub.

BDU reytinqin müxtəlif meyarları üzrə fərqlənib. Universitetin tələbə və müəllim heyətinin gender və beynəlmiləl tərkibini əks etdirən “Müxtəliflik” göstəricisində 131–140-cı pillələrdə qərarlaşıb. “Məzun nəticələri” kateqoriyasında Universitet 151–200-ci pillələrdə yer alıb; bu göstərici məzunların karyera uğurlarını, nüfuzlu vəzifələrdə təmsil olunmalarını və peşəkar nailiyyətlərini qiymətləndirir. Eyni zamanda, BDU akademik nüfuzu, elmi araşdırmaların təsiri və elmi dərəcəyə malik müəllim heyətinin payını əks etdirən “Liderlik” meyarında 151–200-ci pillələrdə qərarlaşıb.

QS reytinqi dünya üzrə menecment sahəsindəki magistratura proqramlarını qiymətləndirir. Qiymətləndirmə meyarları arasında məzunların məşğulluq göstəriciləri və işəgötürənlərin rəyi, akademik və elmi nüfuz, məzunların uğurları, beynəlmiləlləşmə səviyyəsi və təhsilin səmərəliliyi yer alır.

BDU-nun bu sahələrdə əldə etdiyi nəticələr Universitetin qlobal səviyyədə tanınmasına töhfə verir, Azərbaycanın aparıcı ali təhsil müəssisəsi kimi mövqeyini möhkəmləndirir və beynəlxalq standartlara uyğun təhsil və tədqiqat fəaliyyətini nümayiş etdirir.

 

Xəbərlər

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub

BDU-da süni intellektin təhsildə tətbiqi müzakirə olunub
17/09/2026

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub

BDU-nun 4 tələbəsi Küveytdə ərəb dili üzrə təhsil proqramını uğurla başa vurub
17/09/2026

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026