Bakı Dövlət Universiteti Rusiyanın 12 universiteti arasında memorandum imzalayıb

20/11/2015

Bu gün Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunma mərasimi keçirilib. Azərbaycan təhsil naziri Mikayıl Cabbarov, Rusiyanın təhsil və elm naziri Dmitri Livanov, habelə hər iki ölkənin ali təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə ölkələrarası humanitar, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Tədbir çərçivəsində Bakı Dövlət Universiteti ilə Rusiyanın 12 universiteti ilə arasında anlaşma memorandumu imzalanıb. Rusiya Dövlət Humanitar Universiteti, Rusiya Dövlət Peşəkar-Pedaqoji Universiteti, Çeçen Dövlət Universiteti, Ufa Dövlət Neft-Texniki Universiteti, Moskva Dövlət Humanitar-İqtisadi Universiteti, Ulyanovsk Dövlət Universiteti, Kursk Dövlət Texniki Universiteti, Ural  Dövlət Dağ-Mədən Universiteti, Şimali-Qafqaz Federal Universiteti, Dağıstan Dövlət Texniki Universiteti, Petrozavodsk Dövlət Universiteti, Moskva Fizika-Texnologiya İnstitutu ilə imzalanan memorandumlarda birgə mühazirələrin oxunması, elmi tədqiqatların aparılması, pedaqogika, tədris metodikası, ali təhsilin strukturu məsələlərində təcrübə və informasiya mübadiləsi nəzərdə tutulur. Bundan başqa, tələbə, tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin birgə iştirakı memorandumlarda öz əksini tapıb.

Mətbuat və informasiya şöbəsi, 20 noyabr 2015-ci il.

Xəbərlər

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026