Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “Beynəlxalq Tələbə Günü”-nü qeyd etdi.

15/10/2010

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi 15 oktyabr “Beynəlxalq tələbə günü” münasibəti ilə “Azərbaycan tələbəsi-problemlər və perspektivlər” adlı konfrans keçirib. Konfransı giriş sözü ilə açan Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov dünyanın ictimai-siyasi mühitində tələbə sosial qrupunun rolu və bu qrupun tərkib hissəsi olan Azərbaycan tələbəsinin mövqeyi haqqında danışıb, tələbələrin istər ictimai, istər sosial, istərsə də hüquqi təminatları sahəsində tələbə təşkilatlarının xüsusi rola malik olduğunu qeyd edib. Azərbaycanda fəaliyyət göstərən tələbə təşkilatları arasında ən böyük təşkilat olan Tələbə Həmkarlar İttifaqı Komitəsinin sözügedən istiqamətlərdə həyata keçirdiyi tədbirlərə toxunan Daşqın müəllim, rəhbərlik etdiyi təşkilatın beynəlxalq miqyasda əldə etdiyi uğurlarından da söz açıb. Belə ki, MDB məkanında fəaliyyət göstərən tələbə təşkilatları, eləcə də dünya miqyaslı fəaliyyət sərgiləyən AIESEC kimi təşkilatlarla həyata keçirilən birgə layihələrin beynəlxalq təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Nitqinin sonunda Daşqın Qənbərov konfrans iştirakçılarını təbrik edərək, konfransın işinə uğurlar arzulayıb və Azərbaycan gənclərinin cənab prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətə sadiq olduqlarını, hər zaman da sadiq olacaqlarını xüsusi qeyd edib.

Daha sonra ayrı-ayrı mövzular ətrafında çıxışlar dinlənilib: Jurnalistika fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədr müavini Xəyalə Mahmudova “Baloniya prosesinə keçid, mənfi və müsbət tərəflər”, İlahiyyat fakültəsi  Tələbə Həmkarlar Təşkilatının sədri Kənan Hüseynov “Gənclərin asudə vaxtının təşkili problemi”, Tələbə Həmkarlar İttifaqı Komitəsinin təlimatçısı Afaq Abdullazadə “Qiyabi və əyani təhsilə yanaşma”, Filologiya fakültəsi  Tələbə Həmkarlar Təşkilatının sədri Elməddin Əmirov “Tələbələrin ictimai fəaliyyəti”, Geologiya fakültəsinin tələbəsi Ramin Səlimov “Tələbələrin mütaliə problemi” mövzularında çıxışlar edilib. Sonra Tələbə Həmkarlar İttifaqı Komitəsi sədr müavini Sahil Hacıyev iştirakçılarla öz fikirlərini bölüşüb. Sonda tədbir müzakirələrlə başa çatıb.

 

Xəbərlər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər

BDU-da keçirilən Beynəlxalq simpoziumun iştirakçıları Milli Kitabxananı ziyarət ediblər
04/12/2024

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər

BDU-nun magistrant və doktorantları Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin əməkdaşları üçün treninq keçiblər
04/12/2024

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş

BDU-da "Heydər Əliyev mühazirələri" layihəsi çərçivəsində professor Misir Mərdanovla görüş
04/12/2024