Bakı Dövlət Universiteti və Mərkəzi Asiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

25/11/2025

“QS Eurasia Forum 2025” çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və Özbəkistanın Mərkəzi Asiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum universitetlər arasında akademik, elmi-tədqiqat və innovasiya sahələrində strateji əməkdaşlığı gücləndirməyi, təcrübə mübadiləsini təşviq etməyi və beynəlxalq layihələrdə birgə iştirak imkanlarını genişləndirməyi hədəfləyir.

BDU-nun rektoru Elçin Babayev və Mərkəzi Asiya Universitetinin rektoru Kamran Gulamov tərəfindən imzalanan memorandum çərçivəsində tərəflər birgə elmi seminarlar, konfranslar və tədqiqat layihələrinin təşkili, tələbə və müəllim mübadiləsi proqramlarının genişləndirilməsi, həmçinin region üzrə innovativ və sosial layihələrdə birgə fəaliyyət istiqamətlərini müəyyən edəcəklər.

Bu əməkdaşlıq BDU-nun beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi və Mərkəzi Asiya regionunda akademik tərəfdaşlıqların dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və ali təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetlərin beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addım hesab olunur.

 

 

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026