"Bakı Dövlət Universiteti Vyetnamda brend kimi qəbul edilir" - VİDEO

10/10/2014

Bu gün Vyetnam Parlamentinin Hüquq Komitəsinin sədri, professor Fan Trunglinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub. Qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan və Vyetnam arasında dostluq əlaqələrindən danışıb, münasibətlərinson vaxtlar sürətlə inkişaf etdiyini, Prezident İlham Əliyevin Vyetnama səfərinin münasibətlərimizin inkişafında önəmli rol oynadığını bildirib.

Professor Fan Trungli vaxtilə təhsil aldığı Bakı Dövlət Universitetində olmaqdan qürur duyduğunu, onun uğurlarına sevindiyini, universitetin çox dəyişdiyini və burada öyrəndiklərinin ona həyatda çox gərəkli olduğunu diqqətə çatdırıb. Deyib ki, Bakı Dövlət Universiteti Vyetnam üçün məzunların yetişdirilməsindəki roluna görə bu ölkədə brend universitet kimi qəbul edilir. Həmin məzunların dövlətin yüksək strukturlarında təmsil olunduğunu deyənprofessor Fan Trungli geologiya fakültəsinin məzunu Mai Trong Nhuanun hazırda Vyetnamın Xanoy Dövlət Universitetinin rektoru olmasını da diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Vyetnam universitetləri arasında əlaqələrin inkişaf etdirilməsininvacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsiaparılıb.

Qeyd edək ki, professor Fan Trungli Bakı Dövlət Uqniversitetinin Hüquq fakültəsinə 1973-cü ildə qəblu olub və təhsilini başa vurduqdan sonra namizədlik dissertasiyası müdafiə edib.

Mətbuat və İnformasiya şöbəsi, 10 oktyabr 2014-cü il.







Xəbərlər

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
27/04/2026