Bakı Dövlət Universiteti xəbər sayına görə liderdir

04/03/2016

BDU Media Təqib Mərkəzinin apardığı monitorinqə əsasən ən yüksək nəticə göstərib. Belə ki, Azərbaycan mediasının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin fevral ayı üzrə analiz işinin nəticələrini açıqalayıb. Monitorinqə əsasən, 2016-cı ilin fevral ayında KİV-də ən çox BDU ilə bağlı xəbərlər yayımlanıb. Şirkətin təqdim etdiyi məlumatlardan məlum olub ki, elektron mətbuatda,o cümlədən sayt və portallarda universitetlərlə əlaqəli 10543 xəbər yerləşdirilib ki, Bakı Dövlət Universiteti 1107 xəbər ilə 1-ci yerdə qərarlaşıb. Yazılı mətbuatda ali təhsil müəssisələri ilə əlaqəli dərc edilən 1231 xəbərdən 144-ü, televiziya kanallarında yayımlanan 179 xəbərdən 20-si də BDU ilə əlaqəli olub. Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildir. İkinci və üçüncü yerlərdə Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti qərarlaşıb.

Mətbuat və informasiya şöbəsi, 04 mart 2016-ci il.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025