Bakı Dövlət Universitetinə qəbul olunmuş abituriyentlərin nəzərinə

15/08/2018

BAKI  DÖVLƏT  UNİVERSİTETİNƏ

2018/2019-cu TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI  SƏNƏDLƏRİ  TƏQDİM ETMƏLİDİRLƏR:

1. Abituriyentin Bakı Dövlət Universitetinə qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi (2 nüsxədə). (DİM-in saytından çap edilir).

2. Attestat və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli.

3. Şəxsiyyət vəsiqəsinin əsli və surəti (2 nüsxədə).

4. Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün).

5. Tibbi arayış (Forma 086).

6. Fotoşəkil (Rəngli, 3x4 ölçüdə, 6 ədəd).

Dövlət sifarişi və ya ödənişli əsaslarla qəbul olunan abituriyentlə müqavilə bağlanılacaq (2 nüsxədə).

Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsini və Şəxsi kabinetinin istifadəçi adı (FİN) təqdim etməklə mütləq elektron qeydiyyatından keçməlidir (elektron qeydiyyat BDU-nun Yeni korpusu, 1-ci mərtəbə, otaq 108-də aparılacaqdır).

Sənədlərin qəbulu avqust ayının 16-dən 28-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 900-1700–dək BDU-nun əsas binasının 1-ci mərtəbəsində keçiriləcəkdir.

*Qeyd:

Ödənişli əsaslarla BDU-ya qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən (müvafiq sənədlər təqdim etməklə) azad olunurlar:

-         Məcburi köçkün statusu olanlar;

-         Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər;

-         Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və “Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları”.

BDU-nun sənəd qəbulu komissiyası

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026