Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız sessiyası başlayıb

07/01/2020

Bakı Dövlət Universitetində (BDU) 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb.

Mövcud qanunvericiliyin və Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələbləri nəzərə alınmaqla, bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb.

Semestr ərzində tədris olunan bütün fənlər üzrə akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf və obyektiv qaydada keçirilməsi üçün hazırlıq işləri yekunlaşıb, tələbələrin dərsliklər və dərs vəsaitləri ilə təmin olunması üçün lazımi şərait yaradılıb, imtahan üçün ayrılmış auditoriyalar texniki təchizatla təmin edilib.

İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub.

İmtahanlar bir qayda olaraq yazılı formada, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə şifahi-dialoq və test formasında keçiriləcəkdir.

İmtahanlarla bağlı yarana biləcək istənilən məsələ ilə bağlı müvafiq olaraq Qərargaha, “Qaynar xəttə”, elektron poçt və bütün tədris korpuslarındakı rəy qutuları vasitəsilə göndərilən bütün müraciətlərə operativ qaydada baxılacaqdır.

Sessiya dövründə Universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günləri təşkil ediləcəkdir.

Universitetin Qazax filialında da imtahanlar eyni qaydada keçiriləcəkdir.

Qeyd edək ki, 2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək sessiya imtahanlarında müxtəlif səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla 2020-ci il fevral ayının 3-dən 7-dək həmin fənlərdən imtahan verə biləcəklər.

 

Xəbərlər

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə

Külək oyadan, təbiətə nəfəs verən çərşənbə
10/03/2026

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”

BDU-nun Astrofizika kafedrası: “MAPS kometi Günəşə çox yaxın məsafədən keçəcək”
10/03/2026

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur

BDU-da “Zəfər” yatağının geoloji-genetik modeli tədqiq olunur
10/03/2026