Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümü qeyd edilib

19/01/2019

Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin növbəti ildönümünə hərs olunmuş tədbir keçirilib.  Tədbir iştirakçıları əvvəlcə universitetin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov 29 il bundan öncə ölkəmizin azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı Yanvar hadisəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını vurğulayıb.

Bildirib ki, xalqımızın iradəsini, mübarizə əzmini qıra bilməyən 20 Yanvar hadisələrində milli qüruru, şərəf və ləyaqəti hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək ittifaq rəhbərliyinə qarşı açıq etiraz etdiyini, günahkarların cinayət məsuliyyətinə cəlb olunması, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, faciəyə hüquqi-siyasi qiymət verilməsindəki xidmətlərindən danışan F.Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi ardıcıl tədbirlərdən, şəhid ailələrinə göstərilən dövlət qayğısından bəhs edib.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin kafedra müdiri Vasim Məmmədəliyev, şəhid, Milli Qəhrəman Məzahir Rüstəmovun atası, BDU-nun kafedra müdiri İzzət Rüstəmov və Biologiya fakültəsinin tələbəsi Vəfa Mürsəlzadə şəhidlərimizin müasir tariximizin qəhrəmanlarına çevrilməsindən danışıb, şəhid ailələrinə, əlillərə dövlətin diqqət və qayğısından bəhs ediblər.

Mətbuat və informasiya şöbəsi, 19 yanvar 2019-cu il.


Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025