Bakı Dövlət Universitetində abituriyentlər üçün açıq qapı günü keçirilib

03/04/2018

Bakı Dövlət Universitetinin Karyera, praktika və məzunlarla əlaqə mərkəzinin təşkilatçılığı ilə Mingəçevir “İstək” liseyinin XI sinif şagirdləri  universitetdə olub. Şagirdlərə universitetin tarixi və müasir dövrü, tədrisin təşkili, beynəlxalq təcrübənin tətbiqi, tələbə mübadilə proqramları barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra liseyin şagirdləri universitetin maddi-texniki bazasına baş çəkib, laboratoriya, muzey və mərkəzlərdə keçirilən praktiki dərslərdə iştirak edib, idman, yaradıcılıq klubları ilə tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 03 aprel 2018-ci il.

Xəbərlər

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim

BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
20/11/2026

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”

BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
20/11/2026

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub

BDU-da qədim sərhəd sədlərinin arxeoloji tədqiqi müzakirə olunub
20/11/2026