Bakı Dövlət Universitetində COVİD-19-la mübarizə tədbirləri davam etdirilir

23/03/2020

Bakı Dövlət Universitetində COVİD-19-la mübarizə məqsədilə yaradılmış Qərargahın fəaliyyəti çərçivəsində Universitetin bütün giriş qapılarında dezinfeksiyaedici məhlullar qoyulub, Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizə üzrə məsləhətlərini və tövsiyələrini əks etdirən plakatlar vurulub.

Qərargah əməkdaşların və təhsilalanların suallarını operativ olaraq cavablandırır, zərurət yarandıqda atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə onlara telefon, sms və ya elektron-poçt vasitəsi ilə məlumatlar verir.

Qeyd edək ki, Qərargah yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizə və onun yayılmasının qarşısının alınması, Bakı Dövlət Universiteti ərazisində təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, həmçinin tədrisin dayandırılması ilə əlaqədar olaraq video-dərslərin təşkili və elektron mühazirələrin paylanması işini təşkil etmək məqsədilə yaradılıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026