Bakı Dövlət Universitetində dövlət imtahanları başlayıb

23/05/2012

Bu gündən etibarən Bakı Dövlət Universitetində dövlət imtahanları başlayıb. Bu münasibətlə rektor, akademik Abel Məhərrəmov filologiya və tətbiqi-riyaziyyat və kibernetika fakültələrinin tələbələri ilə görüşüb. Tələbələrə uğurlar arzu edən rektor onların yaxşı hazırlaşdıqlarına inandığını bildirib. Onu da diqqətə çatdırıb ki, kəsirləri olan və buna görə dövlət imtahanında iştirak edə bilməyən 4-cü kurs tələbələri üçün yay məktəblərinin təşkili nəzərdə tutulur. Eyni zamanda üzrlü səbəblərdən imtahana qatıla bilməyən və yaxud imtahandan kəsilən tələbələr üçün də növbəti dəfə şans yaradılacaq.

Rektor imtahan cavablarının bir gün sonra fakültələrin elan lövhələrindən asılacağını deyərək, tələbələrə uğurlar arzulayıb.

Daha sonra prorektor, professor İradə Əliyeva çıxış edərək bugünkü imtahanda ümumilikdə 453 tələbənin iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Dövlət imtahanın keçirilmə qaydaları barədə məlumat verən prorektor imtahanlara koordinatorlarla yanaşı, Universitetin Tədris Elektron Mərkəzi tərəfindən də nəzarət ediləcəyini bildirib. Daha sonra imtahan bölgüsü keçirilib.

 

Mətbuat və informasiya şöbəsi, 23 may 2012-ci il


Xəbərlər

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib

BDU-nun “THE World University Rankings 2027”də mövqeyi yüksəlib
30/09/2026

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya

BDU-da Ümumdünya Ürək Günü ilə bağlı maarifləndirici sessiya
29/09/2026

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib

BDU-da “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumu keçirilib
29/09/2026