Məzunlar 30 ildən sonra Bakı Dövlət Universitetində görüşüblər

05/05/2018

Bakı Dövlət Universitetində Filologiya fakültəsinin məzunlarının 30 ildən sonra xatirə görüşü keçirilib. 1988-ci il məzunları ilə görüşdə iştirak edən BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Fikrət Şiriyev son illər universitet həyatında baş verən yeniliklər barədə ətraflı məlumat verib. O,  BDU-nun 100 illik yubileyi ərəfəsində silsilə tədbirlərə start verildiyini, bu görüşün də yubileyə bir töhfə olduğunu vurğulayıb. Dosent F.Şiriyev BDU məzunlarının ölkəmizdə yüksək vəzifələrdə çalışdıqlarını, bir çox yerli və beynəlxalq uğurlara imza atdıqlarını,  universiteti şərəflə təmsil etdiklərini deyib. Filologiya fakültəsinin məzunlarının 30 ildən sonra məhz bu ali təhsil ocağında yenidən bir araya gəlmələrini universitetə verilən mənəvi dəyərin bariz nümunəsi kimi qiymətləndirib və onların hər birinə təşəkkür edib.

Məzunlar öz növbəsində, görüşün təşkilinə görə minnətdarlıq edərək mətbuat vasitəsilə bu qocaman ali təhsil müəssisəsinin nailiyyətlərini mütəmadi olaraq izlədiklərini və BDU məzunu olmaqdan hər zaman qürur duyduqlarını söyləyiblər.

Tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşən məzunlar BDU-nun yubileyi ərəfəsində hazırlanmış “Sütunlar” filmini və digər video-çarxları izləyiblər.

Qonaqlar universitetin tədris və elmi-tədqiqat laboratoriyalarında, muzeylərində olub, xatirə şəkilləri çəkdiriblər.


Mətbuat və informasiya şöbəsi, 05 may 2018-ci il.


Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026