Bakı Dövlət Universitetində Konstitusiya Günü ilə bağlı onlayn konfrans keçirilib

12/11/2020

Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə 12 Noyabr - Konstitusiya Günü ilə bağlı onlayn konfrans keçirilib.

Konstitusiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən rektor Elçin Babayev Konstitusiyanın müstəqil Azərbaycan dövlətinin əsas Qanunu olduğunu qeyd edərək Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 25-ci ildönümün əlamətdar günlərə, 30 ilə yaxın müddətdə işğalçı Ermənistan tərəfindən pozulmuş ərazi bütövlüyümüzün, tarixi ədalətin bərpa edildiyi - Böyük Qələbənin sevincini yaşadığımız günlərə təsadüf ediyini xüsusi vurğulayıb. Rektor Ulu Öndər Heydər Əliyevin memarı olduğu, 1995-ci ildə ümümxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızda insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdiyini diqqətə çatdırıb.

Onlayn konfransın moderatoru, Hüquq fakültəsinin dekanı Əmir Əliyev ölkə tarixinin mürəkkəb dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun mühüm hissəsi olan Konstitusiyanın müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil etdiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra “Azərbaycan Respublikası Konstitusiyasının beynəlxalq hüquqi əhəmiyyəti” mövzusunda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi ilə Azərbaycan tarixi inkişafının yeni bir mərhələsinin başlandığını vurğulayıb. Ali sənədin ölkədə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etdiyini, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırıldığını qeyd edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisinin birinci müavini Elşad Nəsirov “Azərbaycan Respublikası Konstitusiyasına görə hakimiyyət bölgüsü mexanizmi” mövzusunda məruzə ilə çıxış edib. Çıxışda Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatların qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdığını nəzərə çatdırıb. Konstitusiyada hakimiyyət bölgüsünün ali icra, qanunvericilik və məhkəmə hakimiyyəti bərqərar olunduğunu qeyd edib. Konstitusiyanın müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan Əsas Qanun olduğuna diqqəti çəkib.

Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə, Tələbə Həmkarlar Təşkilatının sədri Əkbər Əliyev, III kurs tələbəsi Abdullayeva Mehrubə Konstitusiyanın qəbul olunma tarixi, onun əsas müddəaları və s. barədə çıxış ediblər.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024