Bakı Dövlət Universitetində “Kəpənək effekti” adlı seminar keçirilib

24/04/2019

Bakı Dövlət Universitetində TED-x formatlı “Kəpənək effekti” adlı şəxsi inkişaf seminarı keçirilib.

Layihənin ideya müəllifi, Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tədbiri açaraq layihə rəhbərlərindən biri kimi seminar haqqında ətraflı məlumat verib.

Layihə rəhbərlərindən biri, Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi Ümid Oruc spikerləri və mövzuları təqdim edib.

Sonra “Barattson School of Business” şirkətinin rəhbəri Elşən Rəhimov “Uğurlu yolda təhsilin vacibliyi, xaricdə təhsilin üstünlükləri”, Caspian International Business Services”in təsisçisi, yalanın araşdırılması üzrə  mütəxəssis Təbriz Hacınski “Proqramlaşdırılmış beyin və düşüncələrin idarə edilməsi”, millət vəkili  Qənirə Paşayeva “Bir neçə sahədə uğurlu olmaq və dövlət strukturunda nüfuzlu şəxs kimi formalaşmaq”, “Hünər Group” şirkətinin PR marketinq şöbəsinin rəhbəri Nəsimi Paşayev “Dövlət strukturunda və  özəl sektorda uğurlu olmaq”, Əməkdar artist Tünzalə Ağayeva “İncəsənət sahəsində uğurlu olmaq; Azərbaycan səhnəsindən Avropaya” və  Jurnalistika fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru Vüqar Əliyev “Beynəlxalq jurnalist olmağın yolları” adlı mövzularla çıxış ediblər.

Qeyd edək ki, tədbir çərçivəsində şəxsi inkişafa aid müxtəlif video-çarxlar, sorğular nümayiş olunub.

Mətbuat və informasiya şöbəsi, 24 aprel 2019-cu il.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026