Bakı Dövlət Universitetində möhtəşəm məzun günü

30/06/2011

İyunun 29-da Bakı Dövlət Universitetində məzun günü keçirilib. Universitetin əsas binasının qarşısında baş tutan tədbiri rektor, akademik Abel Məhərrəmov açaraq məzun adını qazanmış bütün tələbələri təbrik edib. Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulayan rektor dövlət başçısının bu sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin BDU-nun məzunu olduğunu isə xüsusilə qeyd edib. Rektor üzünü tələbələrə tutaraq deyib ki, siz ulu öndərin məzunu olduğu universiteti bitirdiyinizə görə fəxr etməlisiniz. Bu il universitetin 4500-dək məzununu yola saldığını bildirən rektor, onlardan 700 nəfərinin fərqlənmə diplomuna layiq görüldüklərinin xüsusilə vurğulayıb. Sonra 17 fakültəsinin hər birindən iki nəfərə fərqlənmə diplomu təqdim edilib. Diplomları rektor Abel Məhərrəmov, Təhsil nazirinin müavini Elmar Qasımov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov təqdim ediblər. Sonra rektorun fərqlənmə diplomuna layiq görülən tələbələrin valideynlərinə ünvanladığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub. Tədbir konsert proqramı ilə davam edib. Məzunları Röya Ayxan, Nura, Brilliant Dadaşova, Elnur, Xəyyam, Kamil, Xatirə, Eldəniz və «Eurovision - 2011» mahnı müsabiqəsinin qalibləri Nigar və Elnur təbrik ediblər. Tədbirin rəsmi hissəsinin aparıcıları isə Jurnalistika və Sosial Elmlər və Psixologiya fakültəsinin məzunları – Məryəm Mehdiyeva və Fuad Bayramov olublar.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 30 iyun 2011-ci il.

Xəbərlər

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq

BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
25/07/2024

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
25/07/2024

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub

BDU-nun 4 məzunu dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi olub
25/07/2024