Bakı Dövlət Universitetində növbəti Elmi seminar keçirilib

21/12/2019

Bakı Dövlət Universitetində (BDU) Fizika Problemləri ETİ-nin və AMEA-nın Fizika İnstitutunun birgə seminarı keçirilib. Seminarı giriş sözü ilə Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq onun əhəmiyyətindən danışıb və işinə uğurlar arzulayıb.

Seminarda Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elektronika fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano “Bulk Electronic Structure of InSe” və AMEA-nın Fizika İnstitutunun doktorantı Elvin Əlizadə “Bulk Electronic Structure of InTe (Spectroscopic ellipsometry data and ab-initio calculations)” mövzularında çıxış ediblər.

R.Kitano və E.Əlizadə BDU-nun Fizika Problemləri ETİ-də InSe və InTe-un optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması üzrə tədqiqat aparıb. Optik xassələrin öyrənilməsi istiqamətində olan olan bütün təcrübi tədqiqat işləri AMEA-nın Fizika İnstitutunun İnnovasiya sektorunda olan müasir cihazlar vasitəsi ilə yerinə yetirilib. Zona quruluşunun hesablanması istiqamətində olan işlər BDU-nun Fizika Problemləri ETİ-nin və AMEA Fizika İnstitutunun əməkdaşları tərəfindən birgə yerinə yetirilib.

R.Kitano və E.Əlizadə bu müddət ərzində alınmış elmi nəticələrlə bağlı seminar iştirakçılarının suallarını cavablandırıblar.

Seminarda BDU-nun rektoru Elçin Babayev, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov, AMEA-nın Fizika İnstitutunun direktor müavinləri, akademik Cavad Abdinov və professor Ayaz Bayramov iştirak ediblər.

Xəbərlər

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək

BDU Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə beynəlxalq konfrans keçirəcək
14/05/2026

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”

“Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerji"yə keçid”
14/05/2026

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib

BDU-da “Elmi tədqiqatların dayanıqlı inkişafa töhfəsi” mövzusunda təlim keçirilib
14/05/2026