BDU-da Tvvininq layihəsi çərçivəsində növbəti tədbir keçirilib

11/10/2018

Bakı Dövlət Universitetində Tvvininq layihəsi çərçivəsində “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı növbəti seminar keçirilib. BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə “Əmək bazarı məlumatlarının seçilmiş konkret ixtisaslar üzrə təhsil proqramlarında nəzərə alınması üçün metodologiyanın, təlimatların işlənib hazırlanmasına dair” mövzusunda tədbiri açaraq seminarın əhəmiyyətindən bəhs edib. Prorektor universitetin son illər təhsil və elm sahəsində qazandığı nailiyyətlərdən, o cümlədən bu layihə çərçivəsində həyata keçirilən təlimlərdən danışıb.

Litvalı ekspert Saule Magiukayte-Zviniene əmək bazarı məlumatlarının təbiət elmləri ixtisaslarının proqramlarında nəzərə alınması ilə bağlı təqdimatla çıxış edib.

Ekspertlər - Didier Ronze və Jolanta Silka müvafiq olaraq təcrübələrini bölüşüb, Fransa və Latviya nümunələri bərədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı layihənin Azərbaycan ali təhsil sisteminin Avropa ali təhsil məkanına inteqrasiya yolu ilə daha da inkişaf etdirilməsindəki rolu, həmçinin BDU-da təhsilin keyfiyyətinin təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Mətbuat və informasiya şöbəsi, 10 oktyabr 2018-ci il.

0
Xəbərlər

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev

Görkəmli yazıçı, ədəbiyyatşünas və pedaqoq - Mir Cəlal Paşayev
28/09/2026

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

BDU kollektivi Zəfər parkını ziyarət edib

BDU kollektivi Zəfər parkını ziyarət edib
27/09/2026