Bakı Dövlət Universitetində ukraynalı alimlə görüş keçirilib

30/01/2020

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar mərkəzində ukraynalı alim Taras Kavetski ilə görüş keçirilib. Görüşdə çıxış edən BDU-nun biologiya fakültəsinin dekanı vəzifəsini icra edən dosent Çingiz Məmmədov qonağı salamlayıb, onu görüşün iştirakçılarına təqdim edib. Sonra çıxış edən “Nanobiotexnologiya və Funksional Nanosistemlər üzrə Birgə Ukrayna-Azərbaycan Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin” (Joint Ukraine-Azerbaijan International Research and Education Center of Nanobiotechnology and Functional Nanosystems (JUAI-REC-NBFN)) Ukrayna tərəfdən rəhbəri Taras Kavetski səmimi qəbula görə rəhbərliyə öz təşəkkürünü bildirib.

BDU-nun elmi-pedaqoji kollektivi qarşısında Yeni polimer matrislərinə əsaslanan üçüncü nəsil perspektiv amperometrik biosensorlar (“Advanced third generation amperometric enzyme biosensors based on novel polymer matrixes”) mövzusunda məruzə ilə çıxış edib. Məruzə təkmilləşdirilmiş parametrləri olan  üçüncü nəsil perspektiv amperometrik biosensorların yaradılması üçün yeni polimer materialların inkişafı və səciyyələndirilməsi problemlərinə həsr edilib. Məruzəçi pozitron anihilyasiya spektroskopiyası metodlarından istifadənin xüsusiyyətlərini göstərib. Məruzə görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb və yekun müzakirədə professor Rövşən Xəlilov, Nanoaraşdırmalar Mərkəzinin direktoru dosent Mustafa Muradov, professor Ziyəddin Məmmədov, professor Ralfrid  Həsənov və digər alimlərin iştirakı ilə geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda birgə qrant layihələrinin və nüfuzlu beynəlxalq jurnallarda elmi nəşrlərin hazırlanması üçün Ukrayna-Azərbaycan Beynəlxalq Elm-Təhsil Mərkəzi ilə BDU, həmçinin Polşa və Ukrayna universitetləri arasında birgə əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib.

Xəbərlər

Qubada Yay düşərgəsinin iştirakçıları üçün "Tarixin müəmmaları" adlı təlim

Qubada Yay düşərgəsinin iştirakçıları üçün "Tarixin müəmmaları" adlı təlim
31/07/2025

BDU könüllüləri “Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının gözü ilə” forumunda iştirak ediblər

BDU könüllüləri “Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının gözü ilə” forumunda iştirak ediblər
31/07/2025

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub

BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 11 məzunu dünyanın nüfuzlu universitetlərinin magistraturasına qəbul olub
30/07/2025