Bakı Dövlət Universitetində xalq şairi Nəriman Həsənzadə ilə görüş

04/03/2016

Əməkdar incəsənət xadimi, xalq şair Nəriman Həsənzadə Bakı Dövlət Universitetində olub. Qonağı əvvəlcə universitetin rektoru, akademik Abel Məhərrəmov salamlayıb, onu bu ali təhsil ocağında görməkdən məmnunluğunu ifadə edib. Daha sonra  xalq şairi Nəriman Həsənzadə filologiya fakültəsinin müəllim-tələbə heyəti ilə görüşüb. Tədbiri açan filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev tələbələr tərəfindən sevgi və hörmətlə qarşılanan şairin həyat və yaradıcılığı barədə  məlumat verib. Tədbirdə professorlar - Abdulla Abasov və Əyyub Əzizov Nəriman Həsənzadənin yaradıcılığı, onun xalq tərəfindən sevilməsinin səbəbləri barədə danışıblar.

Sonra  xalq şairinə həsr edilən video-çarx nümayiş etdirilib,  müəllifi olduğu şeirlər səsləndirilib. Fakültə tələbələri tərəfindən onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub.

Sonda  Nəriman Həsənzadə filologiya fakültəsinin kollektivinə xoş qarşılanmaya görə təşəkkür edib, gənc tələbə-yazarlara ədəbi tövsiyələrini verib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb.

Mətbuat və informasiya şöbəsi, 04 mart 2016-ci il.

Xəbərlər

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib

BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Qəzənfər Bayramov vəfat edib
08/05/2026

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”

BDU-da II Respublika elmi konfransı: “Dahi şəxsiyyət və müdrik lider”
08/05/2026

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib

BDU-da “Sosial-emosional öyrənmə və bacarıqlar” mövzusunda təlim keçirilib
08/05/2026