Bakı Dövlət Universitetində xarici tələbələrin məzun günü keçirilib

10/06/2014

Bu gün Bakı Dövlət Universitetində xarici tələbələrin məzun günü keçirilib. Çıxış edən universitetin Xarici tələbələrlə İş üzrə dekanı, dosent Gülheyran Rəhimova universitet həyatında artıq ənənə halını alan məzun gününün əhəmiyyətini vurğulayıb. Türkiyə, İran, Koreya və Çinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrindən danışan G.Rəhimova BDU-nun dünyanın bir sıra ali məktəbləri ilə müxtəlif sahələrdə sıx əməkdaşlıgından, xarici ölkə universitetlərinin elm, təhsil, İKT sahəsindəki təcrübəsinin öyrənilməsindən bəhs edib. Qeyd edib ki, universitetdə dünyanın 4 müxtəlif ölkəsindən təhsil alan 99 xarici tələbə bu il məzun olaraq işgüzar həyata atılacaq.

Məzunları təbrik edən G.Rəhimova təlim-tərbiyə prosesində əldə etdiyi göstəriciləri və ictimai fəallığı ilə seçildiyinə görə 18 nəfər tələbəni təşəkkürnamə ilə mükafatlandırıb.

Tədbir çay süfəsi ilə davam edib. Tədbirin sonunda məzun simvolu olan 4 künclü akademik keplərin atılması mərasimi keçirilib.

Mətbuat və İnformasiya şöbəsi, 10 iyun 2014-cü il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026