Bakı Dövlət Universitetində yubiley tədbiri keçirilib

28/02/2020

Bakı Dövlət Universitetində (BDU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup müəllim yubiley yaşları münasibətilə təbrik edilib. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Elçin Babayev ömrünün böyük hissəsini Bakı Dövlət Universitetinə həsr etmiş yubilyarları təbrik edərək, onların hər birinə uzun ömür, can sağlığı arzulayıb. O, pedaqoji fəaliyyətləri dövründə universitet kollektivinin hörmətini, sevgisini qazanmış yubilyar müəllimlərin gənclərə örnək olduqlarını deyib. Rektor ömrün ən gözəl illərini gənc nəslin təlim-tərbiyəsinə, bilik və bacarıqlarının inkişafına həsr edən şərəfli peşənin sahiblərinə dövlətin də daim diqqət və qayğı göstərməsindən söz açıb.

Yubilyarlara Universitetdə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərinə, Universitetin ictimai həyatında fəal iştirakına görə və illik yubileyi münasibətilə fəxri fərmanlar və gül dəstələri hədiyyə edilib.

Sonda xatirə şəkilləri çəkdirilib.

Xəbərlər

Xocalı soyqırımından 34 il ötür

Xocalı soyqırımından 34 il ötür
26/02/2026

BDU-da iqlim dəyişkənliyinin Qızılağac Milli Parkında quş növlərinə təsiri müzakirə olunub

BDU-da iqlim dəyişkənliyinin Qızılağac Milli Parkında quş növlərinə təsiri müzakirə olunub
26/02/2026

BDU-da “Hüquq Müzakirə Forumu”: “Süni intellektin patent hüququnda ixtiraçı kimi tanınması”

BDU-da “Hüquq Müzakirə Forumu”: “Süni intellektin patent hüququnda ixtiraçı kimi tanınması”
26/02/2026