Bakı Dövlət Universiteti monitorinqdə birinci oldu

02/07/2014

Media Consulting and Service-in media monitorinq qrupu 01-30 iyun 2014-cü il dövrü üzrə məlumatların hesabatına yekun vurub. Media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu televiziya, çap və on-line media daxil olmaqla 160-dan çox mənbəni izləyir.

Universitetlər arasında informasiya yayımına görə Bakı Dövlət Universiteti birinci yerə çıxıb. Növbəti yerləri Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Diplomatik Akademiyası, Qafqaz Universiteti və Azərbaycan Tibb Universiteti tutub.

Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, siğorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və s. sahələrin media monitorinqini aparır.

Mətbuat və İnformasiya şöbəsi, 02 iyul 2014-cu il.

https://www.facebook.com/media/set/?set=a.411893028950878.1073741843.144788582327992&type=1

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub

Son 5 ildə BDU-nun 78 tələbəsi “Gənc qızların təhsilinə dəstək” layihəsindən məzun olub
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026