Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Məntiq olimpiadası keçiriləcək

11/04/2019

Bakı Dövlət Universiteti, Master School tədris mərkəzi, MilliSoft İT və Proqramlaşdırma mərkəzi, Eduline xarici dil mərkəzi və Azərbaycan Universitetləri facebook səhifəsinin təşkilatı dəstəyi ilə məntiq olimpiadası keçiriləcək. Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan olimpiadada bütün ali təhsil müəssisələrinin I, II, III kurs tələbələri iştirak edə bilərlər. Olimpiada qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılacaq və sertifikatlarla təltif olunacaqlar. 1-ci yerin qalibinə Iphone X markalı telefon, ikinci yerin qalibinə noutbuk, üçüncü yerin sahibinə planşet, dördüncü və beşinci yerin sahiblərinə isə pul mükafatı veriləcək. Növbəti 15 yerin sahibinə magistratura hazırlığına 25% endirim kuponu, imtahanda iştirak edən bütün iştirakçılara isə 20% endirim kuponu təqdim ediləcək. 
Olimpiadanın birinci mərhələsi 2019-cu il 27 aprel tarixində Bakı Dövlət Universitetinin 1 saylı korpusunda, ikinci mərhələ isə 12 may tarixində Master School tədris mərkəzində (28 may filialı) keçiriləcək. Qaliblər hər iki tur başa çatdıqdan sonra müəyyənləşəcək.

İştirak üçün qeyd olunan linkə daxil olub, qeydiyyatdan keçmək lazımdır:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdHW-Ab9dmFXVNTMDIiBNtuURpn9ehDglZJ1wtTo_PfSPePrg/viewform?usp=pp_url

Olimpiadaya gələrkən şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə yaxınlaşmaq mütləqdir.

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsinin açılış mərasimi
21/08/2026

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir

“Bir yay, min xatirə” Yay düşərgəsi çərçivəsində təlim və sessiyalar keçirilir
21/08/2026

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!

BDU-da “Fəlsəfə” fənni üzrə doktoranturaya qəbul imtahanlarında iştirak edəcək iddiaçıların nəzərinə!
20/08/2026