Bakı Dövlət Universitetinin alimləri Beynəlxalq konqresdə iştirak ediblər

03/05/2018

28 aprel - 01 May 2018-ci il tarixlərində Türkiyənin Alanya şəhərində DTI Universiteti, Alanya Alaaddin Keykubat Üniversiteti, Alanya HEP Üniversiteti, Amasya Üniversiteti ve Konya Gıda ve Tarım Üniversiteti, Alanya Belediyesi işbirliyi iləIII.INES Education and Social Science Congress (ESS - 2018) Beynəlxalq konqres keçirilib.

Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasının dosentləri - f.ü.f.d.Tahir Ağayev “Müasir Azərbaycan cəmiyyətinin sosial strukturu orta səviyyənin formalaşması və inkişaf istiqamətləri” (Çağdaş Azerbaycan toplumunun sosyal yapisi orta sinifin oluşumu ve gelişme eğilimleri) (həmmüəllifdos.Hörmət Cavadova) və s.ü.f.d. Yaqut Əliyeva “Qloballaşma prosesində Azərbaycanın sosial strukturunda olan tendensiyaların ailə münasibətlərinə təsir etməsi” (Küreselleşme sürecinde Azerbaycan toplumun sosyal yapisindaki eğilimlerin aile ilişkileri üzerine yansimasi) (həmmüəllifs.ü.f.d.SevincƏliyeva) adlı məruzələri ilə çıxış edib, bölüm moderatorları olub və sertifikatlar alıblar. Məqalə və tezisin simpoziumun materiallarında və Türkiyənin tanınmış elmi jurnallarının birindəçap olunacağı nəzərdə tutulur. Bununla bərabər dos.Yaqut Əliyeva və s.ü.f.d. Sevinc Əliyeva Konqresin Təşkilat Heyətində Elmi Heyətin üzvü seçiliblər.

Mətbuat və informasiya şöbəsi, 03 may 2018-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026