Bakı Dövlət Universitetinin dosenti beynəlxalq simpoziumda çıxış edib

02/06/2021

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının dosenti Elvira Lətifova Türkiyə Cümhuriyyətinin Pamukkale Universitetinin təşkilatçılığı ilə Türk dünyasının tanınmış şairi və ozanı Yunus Əmrənin vəfatının 700 illiyinə həsr olunmuş “Türk dünyası Yunus Əmrə” beynəlxalq simpoziumunda iştirak edib.

Simpoziumda Türkiyə Cümhuriyyəti, Azərbaycan, Rusiya, Albaniya, Makedoniya, Özbəkistan və Qazaxıstanın müxtəlif elm və təhsil ocaqlarının alimləri məruzələrlə çıxış ediblər.

BDU-nun dosenti Elvira Lətifova simpoziumda “Türk dünyasının tarixi birləşmə nöqtəsi olaraq qədim və orta çağ Qafqazı” mövzusunda çıxış edib. Elvira Lətifova topladığı çöl tədqiqat materialları və arxiv sənədləri əsasında türk tayfalarının qədim dövrdə və orta əsrlərdə Mərkəzi Asiyadan Qafqaza, oradan da Anadoluya olan kütləvi miqrasiyaları, Qafqaz bölgəsində türk tayfalarının yer adları haqqında məlumat verib.

 

 

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026