Bakı Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

14/11/2018

Bakı Dövlət Universitetində professor-müəllim heyətinin iştirakı ilə Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Rektor, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlardan, o cümlədən BDU-nun 100 illik yubileyi ərəfəsində həyata keçirilən layihələrdən danışıb, iclasın gündəliyində olan məsələləri diqqətə çatdırıb.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2018/2019-cu tədris ilində yay məktəbi, universitetə qəbulun nəticələri və tədrisin təşkili ilə bağlı ətraflı məruzə edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun elmi strukturlarında attestasiyanın keçirilməsi və islahatlar, BDU SABAH Mərkəzinin rəhbəri, dosent İradə Süleymanova SABAH qruplarında tədrisin təşkili barədə məlumat veriblər.

Şura üzvlərinin məruzələr ətrafında fikirləri dinlənildikdən sonra Filologiya fakültəsinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru İfrat Əliyeva, Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov universitetin Fəxri fərmanı, Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri, professorSabir Mirzəyev Təhsil Nazirliyinin Fəxri Fərmanı, Əmək və ekologiya hüququ kafedrasının professoruMayis Əliyevin Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil işçisi” medalı ilə təltif olunub, Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, professorİradə HüseynovayaTürk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilməsi münasibətilə diplom təqdim edilib.

İclas cari məsələlərin müzakirəsi ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 14 noyabr 2018-ci il.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024