Bakı Dövlət Universitetinin Enactus komandası “Ecoprint” layihəsi ilə finalda

15/11/2021

Bakı Dövlət Universitetinin Enactus komandası “Ecoprint” layihəsi ilə müxtəlif beynəlxalq startap və innovasiya məzmunlu yarışlarda iştirak edib. “Ecoprint” Azərbaycanda sosial, iqtisadi və ekoloji vəziyyətə dəstək veməklə BMT-nin dayanıqlı inkişafa dair 17 məqsədindən 8-ni tam əhatə edir.

“Ecoprint” layihəsi 2019-cu ildə “Hult Prize” Azərbaycan yarışının qalibi olaraq ölkəmizi 2020-ci ildə Türkiyədə, beynəlxalq Enactus yarışının qalibi olaraq 2020-ci ildə Niderland krallığında layiqincə təmsil edib. Ecoprint layihəsi 2020-ci il 13 mart tarixində Bakıda keçirilən “II Qlobal Mühəndislik Simpoziumu”na (GES) rəsmi tərəfdaş  və sponsor olub. Layihə 2021-ci il 24 sentyabr tarixində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə “Discover Europe” proqramına qoşulub.

Bir çox uğurlar əldə etmiş “Ecoprint” layihəsi 08 fevral 2021-ci il tarixində “Avro-Asiya Startap Mükafatları” (Euro-Asian Startup Awards) Beynəlxalq yarışında 10 ölkə arasında regional finalın qalibi olub və 2021-ci ilin 15-18 noyabr tarixlərində Danimarka Krallığında (Kopenhagen) keçiriləcək, 113 ölkənin yarışacağı Global Startup Awards mükafatları yarışmasının “Grand Final” iştirakçısı vəsiqəsini qazanıb.

“Grand Final”da iştirak üçün komanda üzvlərindən 4 nəfər - Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri, layihənin rəhbəri Mətanət Musayeva,  Bioekologiya kafedrasının dosenti, layihənin koordinatoru Məhluqə Yusifova,  komandanın kapitanı Rüstəm Həsənli və informasiya texnologiyaları mütəxəssisi Kamran Qasımov 2021-ci ilin 15-18 noyabr tarixlərində Danimarka Krallığında (Kopenhagen) keçiriləcək müsabiqəyə qatılacaqlar.

Ecoprint layihəsi haqqında daha ətraflı məlumat almaq üçün http://www.ecoprint.deirvlon.com, tədbir haqqında ətraflı məlumat almaq üçün https://euroasianstartupawards.com/, Global Startup Awards haqqında ətraflı məlumat almaq üçün https://www.globalstartupawards.com/ linklərinə keçid edə bilərsiniz.

Xəbərlər

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır

BDU-nun Biologiya fakültəsində nanohissəciklərin embrional inkişafa təsir mexanizmləri araşdırılır
07/01/2026

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir

BDU “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edir
06/01/2026

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir

BDU-da qış imtahan sessiyasında 22 minə yaxın tələbə iştirak edir
05/01/2026