Bakı Dövlət Universitetinin layihəsi qızıl medala layiq görülüb

02/05/2016

Bakı Dövlət Universitetinin Nano Araşdırmalar Mərkəzində professor Məhəmmədəli Ramazanov, dosent İsmət Əhmədov və Arzuman Həsənovun rəhbəliyi ilə 6 saylı liseyin IX sinif şagirdi Aylin Anar qızı Süleymanovanın yerinə yetirdiyi tədqiqat layihəsi X Beynəlxalq Gənc Araşdırmalar lahiyəsi Olimpiadasına təqdim edilib və tədqiqatçı qızıl medala layiq görülüb. “Nanohissəciklərin riyazi modelləşdirilməsi” mövzusunda həyata keçirilən tədqiqat işi X Beynəlxalq Gənc Araşdırmalar lahiyəsi olimpiadasının fizika nominasiyası üzrə təqdim olunmuş layihələr içərisində qalib olub. 
Adıçəkilən layihə Gürcüstan Respublikasının Tbilisi şəhərində Gürcüstan Təhsil Nazirliyi, Beynəlxalq Qara Dəniz Universitetləri Birliyi və 40 ölkənin iştirakı ilə keçirilib.

Mətbuat və informasiya şöbəsi, 02 may 2016-ci il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026