Bakı Dövlət Universitetinin əməkdaşları qalib olub, şagirdləri isə fərqlənmə diplomu alıblar

27/12/2018

Bakı İdman Sarayında Gənclər və İdman Nazirliyi tərəfindən “İdeya var!” gənclərin ikinci ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi baş tutub.
Müsabiqədə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin əməkdaşlarıSərvinaz Hacıyevanın “Gümüş nanostrukturların əsasında yeni antimikrob vasitələrinin yaradılması” adlı layihəsi, “İstehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri” nominasiyası üzrə III yerə, Günel Əliyevanın “TiO2 nanohissəcikləri və Şiff əsasları iştirakında fotokimyəvi üsulla  suyun üzvi birləşmələrdən və digər çirkləndiricilərdən təmizlənməsi” adlı layihəsi “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə  II yerə layiq görülüblər. İştirakçılara diplom  və pul mükafatı verilib. Universitetin “Gənc istedadlar” liseyinin 9-cu sinif şagirdləri Turhan İbrahimli və Fatimə Xəlilovanın “İzolə edilmiş buğda hüceyrələrinin  in vitro hüceyrə biotexnologiyası  metodu ilə becərilməsi” adlı layihəsi isə “Ekologiya, ətraf mühit və təbiətdən rasional istifadə. Tibb və səhiyyə sahəsində innovasiyalar” nominasiyası üzrə fərqlənib və diploma layiq görülüb.
Qeyd edək ki, layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədilə keçirilib.
Mətbuat və informasiya şöbəsi, 27 dekabr 2018-ci il.

Xəbərlər

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub

BDU və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan “Mədəniyyət hüququ” ixtisaslaşmasının ilk buraxılışı olub
09/07/2026

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir

Bu il BDU-nun SABAH qruplarını 493 məzun bitirir
09/07/2026

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib

BDU məzunlarına Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə diplomatik rütbələr verilib
09/07/2026