Bakı Dövlət Universitetinin əməkdaşları VI Beynəlxalq Tarix Tədrisi Simpoziumunda iştirak ediblər

16/10/2019

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Türkiyənin Bolu şəhərində keçirilən VI Beynəlxalq Tarix Tədrisi Simpoziumunda iştirak ediblər.

Bolu Abant İzzet Baysal Universiteti və Atatürk Araşdırma Mərkəzinin təşkilatçılığı ilə keçirilən beynəlxalq simpoziumda Tarix fakültəsinin dosentləri Sevinc Qasımova “Sovet və müasir dövr Azərbaycan tarixinə dair ümumiləşdirilmiş əsərlərin tarixçilikdə yeri: dərs kitablarının müqayisəsi”, Mətanət Məmmədova “Müasir tədris proqramının gündəliyi və tarix fənnində onun əhəmiyyəti”, Sevinc Ruintən “Ortaq türk tarixinin tədrisi zamanı qarşıya çıxan problemlər (Azərbaycan nümunəsində)”, Səidə Quliyeva “Azərbaycanda və Türkiyədə türk xalqları tarixinin tədrisi (Bakı Dövlət Universiteti və Bolu Abant İzzet Baysal Universitetinin müqayisəsində)”, Gülnarə Abidi “1920-1930-cu illərdə Azərbaycanda tədris sistemi”, Jurnalistika fakültəsinin dosenti Təranə Mahmudova “History and modernity: What does postmodernism promise for the development of freedom of expression in the societies of the former Soviet Union countries?”, Türk dünyası ixtisası üzrə magistrant Aytəkin Yusifli “Türkçülük hərəkatının ideoloqu - Türk Aydın: Qərb və Şərq düşüncə sistemlərinin qovşağında Əhməd Ağaoğlu” barədə müzakirələrə səbəb olan mövzularla çıxış ediblər.

Əlavə edək ki, Tarix fakültəsinin əməkdaşları 2010-cu ildən etibarən bu simpoziumda fəal iştirak edirlər.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026