Bakı Dövlət Universitetinin müəllimi vəfat edib

29/10/2018

BDU-nun Sosiologiya və politologiya kafedrasının müəllimi Validə Mustafayeva dünyasını dəyişib.

Tarix elmləri namizədi, tarix üzrə fəlsəfə doktoru V.Mustafayeva 62 yaşında vəfat edib. Qeyd edək ki, V.Mustafayeva 1956-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olub. 1979-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutuna təyinat alıb. 1979-ci ildən 2008-ci ilədək orada çalışıb. 1996-cı ildə namizədlik dissertasiyası müdafiə edərək, tarix elmləri namizədi adına layiq görülüb. 2008-ci ildən BDU-da müəllim vəzifəsində çalışırdı. 1 monoqrafiyanın, 16 məqalənin müəllifidir. O, bir neçə kitabın müəllifidir.

Mətbuat və informasiya şöbəsi, 29 oktyabr 2018-ci il

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026