Bakı Dövlət Universitetinin nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir

07/12/2023

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, BDU rektorunun maliyyə və inzibati məsələlər üzrə müşaviri Mirzə Mirzəyev, keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova, BDU rektorunun katibliyinin rəhbəri Mahir Pirquliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, BDU-nun nəzdində Konfutsi instututunun Çin tərəfindən direktoru Vang Haogianq Çin Xalq Respublikasında (ÇXR) işgüzar səfərdədir.

Səfər zamanı BDU, ÇXR-in Anhui Universiteti və Çin Xalq Respublikası Təhsil Nazirliyinin Dil Təhsili və Əməkdaşlıq Mərkəzi arasında bakalvariatura pilləsində “Filologiya (Çin dili və ədəbiyyatı)” ixtisası üzrə üçtərəfli ikili diplom müqaviləsinin imzalanması nəzərdə tutulur. Eyni zamanda, ÇXR-in Pekin şəhərində yerləşən yüksək reytinq göstəricilərinə malik Pekin Universiteti, Çin Renmin Universiteti, Pekin Xarici Dillər Universiteti, Şanxay şəhərində yerləşən Tongji Universiteti, Hefey şəhərində yerləşən Anhui Universiteti və Hefey Texnologiya Universiteti ilə də görüşlərin keçirilməsi planlaşdırılır. Səfər zamanı universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni əlaqələrin yaradılması, təhsil və tədqiqat sahəsində əlaqələrin qurulmasına dair müzakirələrin aparılması nəzərdə tutulur.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026