Bakı Dövlət Universitetinin professoru Talətdin Bağırov vəfat edib

20/11/2017

Respublikanın tanınmış fizik alimi, Bakı Dövlət Universiteti Maddə quruluşu kaferasının professoru, Fizika elmləri doktoru Talətdin Bağırov vəfat edib.

20 may 1960-cı ildə Siyəzən rayonunun Dağ-quşçu kəndində anadan olan Talətdin Bağırov 1982-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985-1988-ci illərdə BDU-nun aspirantı olub. 1988-ci ildə «Temperatur, moçevina və qeyri-üzvi elektrolitlərin dekstranla bir sıra qeyri-ion polimerlərin uyuşmasına təsiri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci ildən BDU-nun Fizika fakültəsinin  dosentidir. 2011-ci ildə «Polimer-su ikifazalı sistemlərinin hal diaqramlarının və bir sıra bioloji təbiətli maddələrin nisbi hidrofobluqlarının tədqiqi» mözusunda doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru alimlik dərəcəsi alıb. 2013-cü ildə Maddə quruluşu kafedrasının professoru vəzifəsinə seçilib.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü keçirib
29/06/2026

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində üç yeni ixtisaslaşma yaradılır
29/06/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin əməkdaşlarının beynəlxalq uğuru
29/06/2026