Bakı Dövlət Universitetinin Qazax filialına qəbul olunmuş abituriyentlərin nəzərinə
BAKI DÖVLƏT UNİVERSİTETİNİN
QAZAX FİLİALI
2018/2019-cu tədris ilində qəbul olunmuş abituriyentər qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Abituriyentin Bakı Dövlət Universitetinin Qazax fılialına qəbul olunması haqqında DİM-in müsabiqə nəticələri haqqında çap edilmiş vərəqi ( DİM-in saytından çap edilir).
- Attestat və ya ali təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli.
- Yaşayış yerindən arayış
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti ( 2 nüsxədə).
- Çağırış məntəqəsinə təhkim edilmə haqqında şəhadətnamənin əsli və surəti (oğlanlar üçün).
- Tibbi arayış ( Forma 086)
- Fotoşəkil ( Rəngli, 3x4 ölçüdə, 6 ədəd).
Sənəd qəbulu zamanı abituriyent öz ərizəsini təsdiq etmək üçün iş nömrəsi və şifrəsini təqdim etməklə mütləq elektron qedivyatdan keçməlidir (elektron qediyyat fılialın əsas binası, I mərtəbə, otaq 113-də aparılacaqdır). Sənədlərin qəbulu avqust ayının 16-dan 25-dək (1-ci mərhələ üzrə) hər gün ( şənbə və bazar, bayram günləri istisna olmaqla) saat 9:00 -dan 17:00-dək fılialın əsas binasının I mərtəbəsində keçiriləcəkdir.
Qeyd:
Ödənişli əsaslarla BDU-nun Qazax fılialına qəbul olunmuş abituriyentlər aşağıdakı hallarda təhsil haqqının ödənilməsindən ( müvafıq sənədlər təqdim etməklə) azad olunurlar:
- Şəhid ailəsi statusu olanlar;
- Məcburi köçkün statusu olanlar;
- Hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər ;
- Hər iki valideyn himayəsindən məhrum olan şəxslər (18 yaşınadək);
- Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər;
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və
- Konstitusiya quruluşunun müdafıəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüvü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları
Əlaqə telefon nömrəsi: 022 29 5 27 75