Bakı Dövlət Universitetinin “Qeyri-şərtsiz” komandası çempion oldu

21/12/2015

Bakı Dövlət Universitetində “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən “Respublika Gənclər Debat Forumu 2015: Payız kuboku” layihəsinin mükafatlandırma və bağlanış mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən layihədə 500-dən artıq tələbə iştirak edib. Tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov Azərbaycanda gənclərə dövlət səviyyəsində göstərilən qayğıdan, prezident İlham Əliyevin gənclərin inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhəmiyyətindən, o cümlədən Bakı Dövlət Universitetində tələbə-gənclər üçün yaradılmış şəraitdən bəhs edib. Ölkəmizdə gənclərlə əlaqədar uğurlu layihələrin olduğunu qeyd edən rektor, onları yaradılan şəraitdən səmərəli istifadə edərək biliklərini artırmağa, dövlətçiliyin inkişafı naminə fəaliyyətə səsləyib, 500-dən artıq gəncin iştirakı ilə keçirilən bu tədbirin də xüsusi əhəmiyyətinin olduğunu qeyd edib.

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov forum haqqında məlumat verib. O, bildirib ki, layihənin məqsədi Prezidenti İlham Əliyevin sərəncamı əsasında 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi və gənclərin sözügedən mövzuda məlumatlılığını artırmaq, ölkəmizdə kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılmasına dəstək olmaqdan ibarətdir. Daha sonra Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Gəncə Regional Debat Mərkəzinin rəhbəri Nigar Ələsgərova çıxış edib. Çıxışlarda bu səpgili tədbirlərin gənclərin intellektual inkişafına müsbət təsirindən bəhs edilib.
BDU-nun Debat klubunun sədri Orxan Ağayev və Hakimlər komitəsinin sədri, BDU-nun Hüquq fakültəsinin tələbəsi Kərim Kərimov isə klubun son illərdə qazandığı uğurlardan və kubok uğrunda keçən yarışlarda ədalətlilik prinsipləri barədə məlumat veriblər.
Forumun fəaliyyətini əks etdirən video çarx nümayiş etdirildikdən sonra yekun mərhələnin nəticələrinə əsasən respublikanın ən yaxşı natiqləri seçilmiş gənclərə sertifikatlar təqdim edilib. Hakimlər heyətinin qərarı ilə forumun qalibi BDU-nu təmsil edən “Qeyri-şərtsiz” komandası olub. Qalib komanda “Payız Kuboku”nu əldə etməklə Respublika çempionu adını qazanıb. Sonda qaliblərə mükafatlar təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 21 dekabr 2015-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024