Bakı Dövlət Universitetinin rektoru Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib

01/11/2016

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov bu il keçirilmiş seçkilərdə dünyanın ən nüfuzlu elmi qurumlarından biri olan Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Oktyabrın 28-də Rusiya Elmlər Akademiyasının ümumi iclasında 2400 namizədin iştirak etdiyi və üç mərhələdən ibarət keçirilmiş seçkilərin nəticələri təsdiqlənib, Rusiya Elmlər Akademiyasına üzv seçilən beynəlxalq səviyyədə tanınmış 63 xarici alimin adı açıqlanıb. Bu siyahıda ABŞ, İngiltərə, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç kimi ölkələrdən ən məşhur alimlərin, o cümlədən 7 Nobel mükafatçısının da adı var. Dünya şöhrətli fransız Sovaj Jan Pyer, çinli Xuan Vey, israilli Şextman Dan, amerikalı Henri Kissencer, Rodjer Kornberq, Martinus Veltman, Kennet Cozef Errou kimi elm nəhənglərinin sırasında BDU-nun rektoru Abel Məhərrəmovun adı da yer alıb.

Orta məktəbi qızıl medalla başa vuran Abel Məhərrəmov 1971-ci ildə BDU-nun kimya fakültəsini bitirib. 1973-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasına daxil olub və 1976-cı ildə namizədlik, 1991-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. Rəhbərliyi altında 60 nəfərədək alim doktorluq və namizədlik dissertasiyası müdafiə edib. Əməkdar Elm Xadimi olan A.Məhərrəmov 54 ixtira, 19 monoqrafiya, 51 dərslik və dərs vəsaitinin, o cümlədən 1000-dən artıq məqalə və tezisin müəllifidir. Alimin Tomson Reyter agentliyinin siyahısına daxil olan jurnallarda məqalələrinin sayı 234, onun işinə olan istinadların sayı 707, “H” indeksi üzrə göstəricisi 15-dir ki, bu da ölkə üzrə ən yüksək elmi göstəricilərdən biridir. Akademik Abel Məhərrəmov dünyanın bir çox qabaqcıl universitetlərinin Fəxri doktoru, o cümlədən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fəxri professoru, Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü, bir neçə beynəlxalq təşkilatın, o cümlədən ECO-nun və ISESCO-nun elm üzrə mükafatçısıdır.

Mətbuat və informasiya şöbəsi, 01 noyabr 2016-cı il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024