Bakı Dövlət Universitetinin tələbələrinə “Smart tələbə kartı” təqdim edilib

11/06/2020

Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Kapital Bank”ın “Smart tələbə kart”ları təqdim edilib. Bu kartlar Təhsil Nazirliyinin, Azərbaycan Mərkəzi Bankının (AMB) və BDU-nun təşəbbüsü, “Kapital Bank” və “Mastercard”ın dəstəyi ilə həyata keçirilib.

Qeyd edək ki, “Smart tələbə kartı” vasitəsilə tələbələr təqaüdlərini alacaq, eyni zamanda, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirəcəklər. Kart sahibi olan tələbələr regionlarda yaşayan valideynlərinin göndərmək istədiyi maliyyə vəsaitini də məhz bu kartlara yüklənilməklə çox rahat şəkildə əldə edəcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə “Smart tələbə kartı”nın əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi nəzərdə tutulub. Həmçinin müəllimlər üçün də xüsusi kartların hazırlanması üzrə işlər davam edir və təhsil bərpa olunduqdan sonra ilk dəfə təqdimatı baş tutacaq.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək

BDU-da “Ənənəvi mühazirədən interaktiv dərsə: müasir tədris metodlarının tətbiqi” mövzusunda təlim keçiriləcək
08/10/2026