Bakı Dövlət və Qafqaz Universitetlərinin təşəbbüsü ilə toplantı keçirilib

12/04/2012

Bakı Dövlət və Qafqaz Universitetlərinin təşəbbüsü ilə 12 aprel 2012-ci il tarixində Qafqaz Universitetində Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrinin Beynəlxalq Əlaqələr üzrə heyətlərinin toplantısı keçirilib. Toplantıda Təhsil Nazirliyi Xarici Əlaqələr, İnformasiya və koordinasiya şöbəsinin müdiri Tamilla Əliyeva, Azərbaycan Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm İnstitutu, Odlar Yurdu Universiteti, Xəzər Universiteti və Azerbaijan Universitetlərindən nümayəndə heyəti iştirak edib.

Toplantı zamanı Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq təhsil arenasına  inteqrasiyası, bu prosesdə universitetlərin üzləşdikləri imkanlar və yeniliklər, təhsil müəssisələrinin beynəlxalq təhsil məkanında atdığı bir sıra uğurlu addımlar haqqında fikir mübadiləsi aparılıb. Açılışı Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç edib. O, bundan sonra daha da yüksək nəticələr göstərmək üçün universitetlərin birlikdə çalışmalarında fayda olduğunu vurğulayıb.

Növbəti görüş 1 may 2012-ci il tarixində Bakı Dövlət Universitetində keçiriləcək.

 

Elmira İsmayılova,

Beynəlxalq Proqramlar şöbəsinin mütəxəssisi

 

Xəbərlər

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026