Bakı Elm Festivalının ikinci günü BDU-da davam etdirilib

11/11/2014

Bakı Elm Festivalının ikinci günü Bakı Dövlət Universitetində davam etdirilib. Tədbiri giriş sözü ilə açan elm və innovasiyalar üzrə prorektor Aydın Kazımzadə universitetdə aparılan elmi araşdırmalardan danışıb. Sonra mühazirə üçün söz Bakı Dövlət Universitetinin professoru, fizika elmləri doktoru Eldar Mənsimova verilib. Bioloji sistemlərdə suyun halı və rolu mövzusunda çıxış edən professor tələbə və müəllim heyətinin suallarını cavablandırıb.

AMEA-nın fiziologiya İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Rafiq Qasımovun “Nərəkimi balıqlar dinozavrların həməsirləri” mövzusunda mühazirəsi dinlənilib.

Daha sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Cəlilovun “Azərbaycanda qədim dəfn adətləri: kurqanaltı sərdabələr”, AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Nuru İmanovun “Şeyx Tusinin nəzərində əhəd xəbər” və AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyevin “Respublikamızda  radiasiya təhlükəsizliyi” mövzusunda mühazirələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Mətbuat və İnformasiya şöbəsi, 11 noyabr 2014-cü il.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026