“Bakı Gənclər Debat Forumu: Payız 2019" keçirilir

14/12/2019

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı, “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə həsr olunan "Bakı Gənclər Debat Forumu: Payız 2019" çərçivəsində turnir keçirilir.
Bakı Dövlət Universitetinin tələbələrinin də fəal iştirak etdiyi forumda “İnvestisiya layihələrində ekoloji standartlar iqtisadi göstəricilərdən üstün tutulmalıdır” mövzusunda müzakirələr aparılır.
Forumda Azərbaycan və rus bölmələri üzrə ümumilikdə ali təhsil müəssisələrini təmsil edən 41 komanda iştirak edir.
Bundan əlavə, “Respublika Gənclər Debat Forumu: Payız 2019” çərçivəsində regionlarda da debat fəaliyyəti davam edir.
Respublika Gənclər Debat Forumu (RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır.
Milli Debat Proqramı DVC tərəfindən illərlə toplanmış təcrübəyə əsaslanaraq, debat metodologiyası vasitəsilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Elşən Salayevin məzarı ziyarət olunub
12/10/2026

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək

BDU-da “Müəllim-tələbə dialoqu: rəqəmsal alətlər” mövzusunda təlim keçiriləcək
12/10/2026